Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Əməllər ni...
Səhih
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, bütün əməllər niyyətlə tam olub etibarlı sayılır və bu hökm, ibadətdə və insanl...
Aişə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: “Kim bizim yolumuza zidd...
Səhih
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, kim dinə yenilik gətirərsə, yaxud Quran və sünnədə təsdiqini tapmayan bir əmə...
Ömər bin Əl Xattabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Bir gün biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzəri...
Səhih
Muslim rəvayət etdi

Ömər bin Əl-Xattab (Allah ondan razı olsun) xəbər verir ki, Cəbrayıl (Allahın ona salamı olsun) kimsənin tanımadığı insan şəklində onların yanına gəli...
Abdullah bin Ömər (Allah onların hər ikisindən razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət...
Səhih
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) beş sütun üzərində qurulan İslamı inşa olunmuş möhkəm bir binaya bənzədib, İslamın digər...
Muazdan -Allah ondan razı olsun - olan rəvayətdə o dedi: Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağ...
Səhih
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qullar üzərində olan haqqını və qulların Allah üzərində olan haqqını bəyan edir...

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, bütün əməllər niyyətlə tam olub etibarlı sayılır və bu hökm, ibadətdə və insanlar arasındakı müxtəlif əlaqəli əməllərə şamil olunan ümumi hökmdür, kim əməliylə mənfəət güdərsə, yalnız o mənfəətə nail olar, savaba çatmaz, lakin kim əməliylə, uca Allaha yaxınlaşmağı niyyət edərsə - hətta bu əməli gündəlik etdiyi yemək və içmək kimi əməllər olsa belə - əməlinin mükafatına və savabına çatmış olar. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) edilən əməllərin zahirinə görə bənzər olmasına baxmayaraq, onlara niyyətin təsirini bəyan etmək üçün misal çəkərək bildirir ki, kim hicrəti və vətənini tərk etməklə Rəbbinin razılığını umarsa, onun hicrəti qəbul edilmiş şərii hicrətdir, niyyətinin doğruluğuna görə savab qazanacaq, kim hicrətiylə mal-dövlət, şöhrət, ticarət, evlənəcəyi qadın kimi dünyəvi mənfəət güdərsə, hicrətindən yalnız niyyət etdiyi mənfəəti əldə edəcək, lakin əcr və savab qazanmayacaq.
Hadeeth details

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, kim dinə yenilik gətirərsə, yaxud Quran və sünnədə təsdiqini tapmayan bir əməli edərsə, həmin əməl sadəcə özü üçün etdiyi faydasız bir əməl olar və Allah tərəfindən qəbul olunmaz.
Hadeeth details

Ömər bin Əl-Xattab (Allah ondan razı olsun) xəbər verir ki, Cəbrayıl (Allahın ona salamı olsun) kimsənin tanımadığı insan şəklində onların yanına gəlir. O, ağappaq libaslı, qap-qara saçlı, üzərində toz-torpaq, yorğunluq, dağınıq saç, bulaşmış paltar kimi hər hansı bir səfər əlaməti olmayan və aramızda onu heç kimin tanımadığı bir adam surətində idi. Sahabələr Peyğmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ətrafında ikən, o yaxınlaşıb Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşısında tələbə oturuşu ilə əyləşir və İslam haqqında soruşur. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab olaraq: şəhadət kəliməsi, beş vaxt namaz qılmaq, layiq olanlara zəkat vermək, Ramazan ayını oruc tumaq, imkanı çatdığı təqdirdə həcc etmək kimi İslamın ərkanları barədə ona məlumat verir. Sual verən kəs dedi: Doğru buyurdun! Məlumatsız olduğuna bənzəyən şəxsin ilk olaraq sual verib , sonra isə sualın cavabını təsdiq etməsinə səhabələr təəccüb etdilər. Sonra o iman haqqında soruşduqda Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da uca Allahın mövcudluğuna və Onun sifətlərinə iman, yaratma kimi bütün fellərində tək olmasına, həmçinin ibadətə yalnız tək Onun layiq olduğuna, Allahın mələkləri nurdan yaratdığına, Ona üsyan etməyən və əmrlərini yerinə yetirən hörmətli qulları olduğuna, uca Allah tərəfindən peyğəmbərlərinə endirilən Quran, Tövrat, İncil və digər kitablara iman, Nuh, İbrahim, Musa, İsa, peyğəmbərlərin sonuncusu olan Muhəmməd (Allahın salavatı və salamı onların üzərinə olsun) və digər bütün peyğəmbərlərə və onların Allahın dinini insanlara çatdırdıqlarına iman, ölümdən sonrakı qəbr həyatına və bərzəx dünyasına, insanların dirilib hesaba çəkiləcəyi və bunun nəticəsində ya cənnətə, ya cəhənnəmə gedəcəyini əhatə edən axirət gününə, Allahın bütün hər şeyi əzəli elmi və doğuran hikməti ilə təqdir etməsinə, bunları qeydlə yazdığına, istədiyi və təqdir etdiyi şəkildə reallaşacağına və yaradacağına iman etmək barədə altı əsası bildirmişdir. Sonra ihsan haqqında soruşduqda Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, ihsan Allahı sanki görürmüşsən kimi ibadət etməkdir, hətta bu məqama yetişilməsə belə, uca Allaha elə ibadət et ki, sanki Onun nəzarəti altındasan .Buna görə də birinci və ən uca məqam Allahı görürmüş kimi ibadət etməkdir, ikinci məqam isə, Onun səni gördüyünü, Onun nəzarətini bilərək ibadət etməkdir. Sonra bu adam Qiyamətin nə zaman qopacağını soruşur. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Qiyamətin qopacağı gün yalnız Allaha məlumdur, onu yaradılmışlardan kimsə bilmir, bu haqda nə soruşulan, nə də soruşan məlumatlı deyildir. Sonra Qiyamətin əlamətləri haqqında soruşduqda Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, kölələrin və övladlarının sayının artmaları, yaxud övladların valideynlərin üzünə ağ olub, onlarla kölə kimi davranmaları, qoyun otaranların və kasıbların Qiyamətə yaxın zənginləşib, binalar ucaltmaları və onları bəzəmədə yarışaraq bir-biri qarşısında fəxr etmələri Qiyamətin əlamətlərindəndir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, sual verən kəs, mələk- Cəbrayıldır (Allahın ona salamı olsun), sahabələrə tövhid dini olan İslamı öyrətmək üçün gəlmişdir.
Hadeeth details

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) beş sütun üzərində qurulan İslamı inşa olunmuş möhkəm bir binaya bənzədib, İslamın digər xüsusiyyətləri isə bu binanın tamamlanması kimidir. Bu sütunlardan birincisi: iki şəhadət- Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirməkdir ki- bu da bir sütundur, biri digərindən ayrılmazdır. İnsan, Allahın təkliyini, yalnız Onun ibadətə layiq olduğunu etiraf edib, şəhadətin tələblərinə uyğun əməl edib və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəriətinə iman gətirib və ona tabe olaraq bu şəhadəti tələffüz edir. İkinci sütun: gün ərzində vacib olan beş namazı- sübh, zöhr, əsr, məğrib, işa namazlarını şərtlərinə, ərkanlarına və vaciblərinə uyğun qılmaq. Üçüncü sütun: vacib zəkatın ödənilməsi- bu, vacib ibadət olaraq şəriətlə tənzimlənir, sərvətin miqdarı müəyyən həddə çatdıqda təyin edilmiş hissəsi ehtiyaclılara verilir. Dördüncü sütun: həcc - Tələb olunan əməlləri yerinə yetirmək məqsədi ilə Məkkəyə yollanmaq və bununla da uca Allaha ibadət etmək. Beşinci sütun: Ramazan orucu, Allaha ibadət niyyəti ilə səhər dan yeri ağarandan-gün batana qədər yemək, içmək və orucu pozan başqa şeylərdən çəkinməkdir.
Hadeeth details

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qullar üzərində olan haqqını və qulların Allah üzərində olan haqqını bəyan edir və bildirir ki, Allahın qullar üzərində haqqı yalnız Ona ibadət etmək və Ona heç nəyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqqı, Ona heç nəyi şərik qoşmayan tövhid əhlinə əzab verməməsidir. Sonra Muaz deyir: Ey Allahın Rəsulu, insanlar bu sevindirici xəbərlə sevinsinlər və şad olsunlar deyə onları müjdələməyim? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların buna arxayın olmasından qorxduğu üçün müjdələməyi ona qadağan edir.
Hadeeth details

Muaz bin Cəbəl (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) arxasında onun miniyinin (heyvanının) üzərində idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona deyəcəklərinin əhəmiyyətini vurğulamaq üçün üç dəfə: «Ey Muaz?" -deyə səsləndi Hər dəfə ona səsləndikdə Muaz: "Buyur, Ey Allahın rəsulu, əmrindəyəm" deyə cavab verir. Yəni- "təkrar -təkrar sənin çağırışına cavab verirəm və bu cavabla səadət diləyirəm" demək istəyir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, Allahdan başqa ibadətə layiq ilah olmadığına, yəni Allahdan başqa həqiqi məbud olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna sidq- qəlblə, yalan olmadan şəhadət verən hər kəs bu halı üzrə ölərsə Allah ona cəhənnəmi haram edər. Və Muaz Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşur ki, bu xəbəri insanlara çatdırımmı ki, sevinsinlər və bu onlar üçün müjdə olsun? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların buna arxayınlaşıb, əməllərini azaltmaqlarından qorxdu. Muaz yalnız ölümünə yaxın- elmi gizlətmək günahına batmasından qorxaraq - bunu insanlara xəbər verir.
Hadeeth details

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim diliylə şəhadət edərək " Ləə iləhə illah" - yəni Allahdan başqa haqq məbud olmadığını deyərsə, Allahdan başqa ibadət edilən hər şeyi inkar edərsə və İslamdan başqa digər dinləri tərk edərsə, onun malı, qanı müsəlmanlara haram olar və bizə yalnız əməlinin zahirinə görə hökm vermək qalar. Buna görə də İslam əhkamlarına əsasən kim, qanını və malını halal edəcək bir günah və cinayət etməyincə, malı alınmaz və qanı da axıdılmaz. Allah Qiyamət günü onun hesabını çəkəcək, əgər müsəlman kimi dediklərində doğru, səmimi idisə onu mukafatlandıracaq, münafiq idisə cəzalandıracaq.
Hadeeth details

Kişi peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səbəb barəsində soruşdu: Cənnətə aparan və cəhənnəmə vasil edən səbəb. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verir ki: Cənnətə aparan səbəb insanın tək olan Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmadan ölməsidir. Cəhənnəmə salan səbəb isə insanın, Allahın uluhiyyətində və ya rübubiyyətində və ya ad və sifətlərində Ona hər hansı şeyi tay tutması və şərik qoşaraq ölməsidir.
Hadeeth details

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, uca Allahdan başqasına dua etmək, Ondan qeyrisindən yardım diləmək, Allaha xas olan hər bir növ ibadəti başqasına yönəldərsə və bu üzrə ölərsə, cəhənnəm əhlindən olar. İbn Məsud (Allah ondan razı olsun) əlavə etdi ki, kim Allaha şərik qoşmadan ölərsə, son gedəcəyi yer cənnət olar.
Hadeeth details

Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli - Allah ondan razı olsun - Yəmənə Allahın dininə dəvət edən və müəllim olaraq göndərdiyi zaman xristian bir qövmlə qarşılaşacağını və onlara qarşı hazırlıqlı olmasını söyləmişdir. Sonra da onları ən önəmli olan xüsusdan başlayaraq dəvət etməsini nəsihət etmişdir. Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin -salləllahu aleyhi va səlləm- də Onun Rəsulu olduğuna şahidlik edərək öncəliklə onların əqidələrini islah etməyə dəvət etmişdir. Çünki onlar, İslama şəhadət kəlməsini tələffüz edərək daxil olarlar. Əgər bunu qəbul edərlərsə,namaz qılmalarını onlara əmr et, çünki namaz tövhiddən sonra ən əzəmətli fərzdir. Əgər onlar namaz qılmağı qəbul edərlərsə, zənginlərinə mallarının zəkatını yoxsullara vermələrini əmr etmişdir. Sonra Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli -Allah ondan razı olsun - zəkat olaraq onların mallarının ən yaxşısını götürməsindən çəkindirmişdir. Çünki fərz olan orta keyfiyyətdə olan mallardan zəkatın verilməsidir. Sonra Rəsulullah -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbələ - Allah ondan razı olsun - məzlumun ona bəd dua etməməsi üçün zülmdən çəkinməyi nəsihət etmişdir. Çünki məzlumun duası geri çevrilməz.
Hadeeth details

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə qiyamət günü şəfaətinə nail olan ən xoşbəxt insanın qəlbindən ixlasla: "Lə iləhə illallah" yəni, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyən, şirkdən və riyadan uzaq olan kimsə olacağını xəbər vermişdir.
Hadeeth details

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, iman şaxələrə bölünmüş və özündə çox xüsusiyyətləri ehtiva etmişdir, əməllər, etiqadlar və sözlər buna daxildir. Həmçinin bildirir ki, imanın ən üstün və uca mərtəbəsi, lə iləhə illəllah kəlməsini söyləmək və bununla yanaşı mənasını bilərək və bu kəlmənin tələblərinə uyğun əməl edərək, həqiqtən Allahın tək ilah olduğunu, Ondan başqa ibadətə layiq heç bir məbudun olmadığını etiraf etməkdir. İman baxımından əməllərin ən zəifi insanların yolundan, onlara əziyyət verən maneəni götürməkdir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həya imandandır, həya gözəl əməllər edib, çirkin işlərdən çəkinməyə təşviq edən əxlaqdır.
Hadeeth details