The Encyclopedia of Ar-Rahman's Guests

Selected material for Pilgrims and Um-rah teaching it in languages of the world

Selected content

Əlavə

Selected Quranic verses

Sonra insanların gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
[سورة البقرة ] • 199
(Həcc) ibadətlərinizi bitirdikdə, (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.
[سورة البقرة ] • 200
Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, (kəffarəsi) öldürdüyünün mislində bir (qurbanlıq) heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, (sonra da həmin) qurbanlıq heyvan Kəbəyə (Məkkəyə) çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, ya da buna bərabər oruc tutmalıdır ki, əməlinin cəzasını dadsın. Allah olub-keçənləri bağışlamışdır. Kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam almağa qadirdir.
[سورة المائدة ] • 95
Allah Kəbəni – Beytulharamı, haram ayı, (həcc) qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bildiyini anlamanız üçündür. Allah hər şeyi biləndir.
[سورة المائدة ] • 97
Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bunları sizə beləcə ram etdi. Sən yaxşılıq edənləri müjdələ!
[سورة الحج ] • 37
Əlavə

Selected prophetic hadiths

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Həqiqətən Allahın sizə buyurduğu vacib əməlləri sevdiyi kimi, rüxsətlə (yüngülləşdirici) buyurduğu əməlləri də etmənizi sevir.
Səhih
İbnu Hibbən rəvayət etdi
Amr bin Amirdən (Allah ona rəhmət etsin) rəvayət edildiyinə görə Ənəs bin Malik (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı. Dedim ki: Bəs siz necə edirdiz? O da: Bizdən birisi dəstəmazını pozmadığı müddətcə aldığı dəstəmaz ona kifayət edərdi- deyərək cavab verdi.
Səhih
Əl-Buxari rəvayət etdi
Şəddad bin Əvs (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iki şey əzbərlədim: O buyurdu: "Həqiqətən, Allah hər bir şeydə və əməldə gözəl davranmağı əmr edib, əgər (haqlı olaraq kimisə) öldürəcəksinizsə onu gözəl qaydada öldürün, heyvan kəsəcəksinizsə, onu gözəl üslubla kəsin. Sizdən biriniz bıçağını itiləsin, heyvanı kəsdikdə ona əziyyət verməsin."
Səhih
Muslim rəvayət etdi
Abdurrəhman bin Əbi Leylədən rəvayət edildiyinə görə, onlar Huzeyfənin (Allah ondan razı olsun) yanında idilər və o, su istədi və bir məcusi ona içməyə bir şey verdi və məcusi fincanı onun əlinə qoyduqda, Huzeyfə onu məcusinin üstünə atıb dedi: Əgər onu dəfələrlə qadağan etməsəydim-Sanki demək istəyirdi ki: Mən bu cür etməzdim- lakin mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: İpək və atlaz geyinməyin, qızıl və gümüş qablardan içməyin və onlardan hazırlanmış qablarda yemək yeməyin, çünki bunlar dünyada onlar (kafirlər) üçün, axirətdə isə bizim üçündür”.
Səhih
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.
Səhih
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əlavə